[b]“Qarabağ”ın qələbəsi tarixə düşdü[/b]
20.10.2016 - 23:00
[b]“Qarabağ”ın qələbəsi tarixə düşdü[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin III turunun PAOK-la oyununda əldə etdiyi 2:0 hesablı qələbə Azərbaycan futbol tarixinə yubiley kimi düşüb. Apasport.az saytının məlumatına görə, 1994-cü ildən avrokuboklarda çıxış edən komandalarımız 75-ci dəfə meydanı qalib kimi tərk edib.


Bu, 275-ci matçda gerçəkləşib. Komandalarımız 71 dəfə heç-heçə edibsə, 129 dəfə uduzub.


75 qələbədən 27-si “Qarabağ”ın hesabındadı. Ağdam klubu hamıdan çox qələbə əldə edib.


“Neftçi” 15, “İnter” 12, “Qəbələ” 8 dəfə sevinib. “Bakı” 4, “Xəzər Lənkəran”, “Karvan”, “Kəpəz” hərəyə 2 dəfə qalib gəlibsə, “MKT-Araz”, “Bakı fəhləsi” və “Şəmkir”in hərəyə 1 uğuru var.


Qeyd edək ki, ilk qələbə “Neftçi”nin hesabındadı. “Ağ-qaralar” 1996-cı ildə Bolqarıstan “Lokomotiv”ini 2:1 hesabı ilə məğlub edib.

 

0