[b]İlk dəfə “Qarabağ” – PAOK matçında... [/b]
21.10.2016 - 00:00
[b]İlk dəfə “Qarabağ” – PAOK matçında... [/b]

“Qarabağ” – PAOK oyunu yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları avrokubokların əsas mərhələsində ilk dəfə 2 top fərqi ilə qalib gəlib.


Təsnifat mərhələləri nəzərə alınmamaqla, bunadək cəmi 2 qələbəsi olan təmsilçilərimizin bütün uğurları “Qarabağ”ın adı ilə bağlıdı.


Ağdamlılar 2 il öncə səfərdə “Dnepr”i, ötən il evdə “Anderlext”i məğlub etmişdi. Hər iki qarşılaşmada 1:0 hesabı ilə 3 xal qazanan təmsilçimiz ilk dəfə daha böyük fərqlə qalib gəlib.


Yunanıstan klubu üzərindəki 2:0 hesablı qələbə hələlik əsas mərhələdə ən böyük fərqdi.


Qeyd edək ki, komandalarımız avrokubokların əsas mərhələsində 29 matç keçirib. Hazırda davam edən “Sent-Etyen” – “Qəbələ” oyunu yubiley – 30-cudu.

 

0