[b]Rahid Əmirquliyev: 1197 gün sonra[/b]
21.10.2016 - 00:05
[b]Rahid Əmirquliyev: 1197 gün sonra[/b]

Avropa Liqasının qrup mərhələsinin PAOK-la oyununda “Qarabağ”a 2:0 hesablı qələbə qazandıran qolları vuran futbolçular avrokuboklardakı hesablarını zənginləşdirib. Apasport.az saytının məlumatına görə, Dani Kintana ölkəmizdə 4-cü, Rahid Əmirquliyev 2-ci dəfə avrokubok qoluna imza atıb.

 

Sonuncu ilk qolunu “Xəzər Lənkəran”da vurmuşdu. 2013-cü il iyulun 11-də Malta “Slima”sı ilə görüşdə fərqlənən yarımmüdafiəçi 1:0 hesablı qələbənin memarı olmuşdu.

 

1197 gündən sonra avrokuboklarda fərqlənən komanda yoldaşından fərqli, Kintana artıq cari mövsümdə 3-cü dəfə fərqlənib. Onun 1 qolu isə ötən mövsüm qeydə alınıb.

 

İspaniyalı Azərbaycanda yalnız “Qarabağ”da çıxış etdiyindən 4 qolun hamısını bu komandada vurub.

0