[b]Marçello Lippi Çin yığması ilə müqaviləni rəsmiləşdirdi[/b]
22.10.2016 - 16:25
[b]Marçello Lippi Çin yığması ilə müqaviləni rəsmiləşdirdi[/b]

Marçello Lippinin Çin yığması ilə müqaviləsi rəsmiləşib. Apasport.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

 

68 yaşlı çalışdırıcı ilə müqavilənin müddəti hələlik açıqlanmasa, onun illik gəliri dəqiqləşib. İtaliyalı həmkarlarımız Lippinin 12 aya 20 milyon avro qazanacağını iddia edirlər.

 

Qeyd edək ki, Lippi məşqçilik fəaliyyəti ərzində İtaliya yığmasını da çalışdırıb. O, 2004-2006 və 2008-2010-cu illərdə “Skuadra Adzurra”ya rəhbərlik edib.

 

0