[b]Nazarov ümidləri doğrultmadı[/b]
23.10.2016 - 19:10
[b]Nazarov ümidləri doğrultmadı[/b]

Almaniya II Bundesliqasında X tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” də növbəti matçını keçirib.

 

Oyuna ehtiyat oyunçular skamyasından başlayan Nazarov rəqib 3-cü qolu vurduqdan 1 dəqiqə sonra meydana çıxsa da, ona bəslənilən ümidləri doğrulda bilməyib.

 

Milli oyunçunun komandası doğma meydanda məğlub olub – 1:3.
 

Qeyd edək ki, "Aue" 10 turdan sonra 10 xalla 14-cü pillədə qərarlaşıb.


Almaniya II Bundesliqası

X tur
 

"Aue" - "Yunion Berlin" – 1:3
Qollar: Kvesiç, 20 – Kreylaç, 41, 63, Skrzibski, 82.

0