[b]A seriyası: Bayramova 12 xal topladı [/b]
24.10.2016 - 10:08
[b]A seriyası: Bayramova 12 xal topladı [/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Konegliano”nu qəbul edib.

 

Qarşılaşma Florensiya təmsilçisi üçün heç də yaxşı başlamayıb. Bayramovanın komandası ilk 2 setdə uduzduqdan sonra status-kvonu bərpa etsə də, tay-brekdə məğlub olub – 2:3 (23:25, 15:25, 25:19, 25:19, 17:19). Buna baxmayaraq, “Firenze” mövsümdə ilk xalı qazanıb.

 

Millimizin kapitanı bu dəfə də meydanda olub. 4-cü zona oyunçumuz 12 xal toplayıb.

 

Qeyd edək ki, 12 komanda arasında 9-cu olan “Firenze” III turda “Klub İtaliya”nın qonağı olacaq. 

0