[b]“Meydanda onlardan daha çox çalışdıq”[/b]
25.10.2016 - 12:02
[b]“Meydanda onlardan daha çox çalışdıq”[/b]

“Düşünürəm ki, “İnter”lə oyunda heç kim darıxmadı. Soyuq havaya baxmayaraq, tribunalara xeyli sayda azarkeş toplaşmışdı. Biz Gəncədə daha yaxşı oyun göstəririk. Bunun da səbəbi azarkeşlərdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in portuqaliyalı futbolçusu Serjio Karneyro deyib.

 

Klubun rəsmi saytına açıqlama verən legioner Topaz Premyer Liqasının IX turu çərçivəsində “İnter”lə qolsuz heç-heçə etdikləri oyunu dəyərləndirib.

 

O, “bankirlər”lə görüşdə bəxtlərinin gətirmədiyini bildirib: “Stadiona çoxlu fanat gəlir və biz də onların dəstəyindən güc alırıq. İstəyirik ki, hər zaman azarkeşlərə qələbə bəxş edək və uğurlu nəticələrlə onları sevindirək. Oyuna gəlincə, birinci hissədə biz, ikinci yarıda isə rəqib qol vəziyyətlərindən yararlana bilmədi. Meydanda onlardan daha çox çalışdıq. Komandamızın oyunu yaxşı alındı. Qol vurmaq üçün şanslarımız olsa da, bəxtimiz gətirmədi”.

0