Premyer Liqanın “astagəlləri”
28.10.2016 - 00:45
Premyer Liqanın “astagəlləri”

İngiltərə Premeyer Liqasının astagəl futbolçuları bəlli olub. Apasport.az saytının məlumatına görə, "The Telegraph" 20 ən ləng futbolçunun siyahısını açıqlayıb.

 

İlk üçlüyə düşənlər arasında “Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas da var. Fabreqasın bu mövsüm maksimal sürəti saatda 27,8 km olub.

 

Premyer Liqanın ən ləng futbolçusu isə “Stok Siti”nin yarımmüdafiəçisi Çarli Adamdı. Onun sürəti saatda 26,7 km-di.

 

Çarlinin komanda yoldaşı Piter Krauç isə lənglər arasında ikinci yerdədi. O, saatda 28,5 km sürətlə hərəkət edir.

0