[b]30 illik “Milan” karyerası başa çatır[/b]
28.10.2016 - 14:27
[b]30 illik “Milan” karyerası başa çatır[/b]

“Milan”da kadr dəyişikliyi davam edir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, vitse-prezident Adriano Qalliani sevimli komandasını tərk etməyə hazırlaşır.

 

Bu ilin noyabr ayının sonunda klubun çinli biznesmenlərə satışı rəsmiləşəcəyindən, həmin vaxt Qalliani də 30 ildi çalışdığı “qırmızı-qaralar”la vidalaşacaq. O, eyni zamanda klubun baş direktorluğu vəzifəsindən də istefa verəcək.

 

“Rossonyerlər”in yeni vitse-prezidenti əzəli rəqib “İnter”in sabiq meneceri Marko Fassone olacaq. 72 yaşlı Qalliani isə bundan sonra başqa bir klubda çalışmaq fikrində deyil.

0