[b]“İnanırıq ki, millimiz bu sınaqlardan uğurla çıxacaq” – vitse-prezident[/b]
08.11.2016 - 18:46
[b]“İnanırıq ki, millimiz bu sınaqlardan uğurla çıxacaq” – vitse-prezident[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının rəsmi açılış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, ilk turun “Azərreyl” – “Lokomotiv” matçından öncə baş tutan tədbirdə iştirakçı komandalar təqdim olunmaqla meydana çıxıblar.

 

Daha sonra Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev yeni mövsümlə bağlı çıxış edib. Çempionatın son illərdə yüksək səviyyədə keçdiyini qeyd edən qurum rəsmisi bildirib ki, onları qarşıda daha böyük sınaqlar gözləyir: “Bilirsiz ki, qarşıda ölkəmizi İslam Həmrəyliyi Oyunları gözləyir və bu yarışın proqramında voleybol idman növü də var. Biz Azərbaycanı yüksək səviyyədə təmsil etməyə çalışacağıq. Həmçinin 2017-ci ildə dünya çempionatının seçmə oyunları və Avropa çempionatının final mərhələsinin oyunları Azərbaycanda keçiriləcək. Hamımız inanırıq ki, millimiz bu sınaqlardan uğurla çıxacaq”.

 

Əliyevin sözlərinə görə, 2017-ci ildən başlayaraq, voleybolumuzda daha böyük addımlar atılacaq. Bunda məqsəd bu idman növünün kütləviləşməsi və yeni uğurlara imza atmaqdı.

 

O, ardınca çempionatı açıq elan edib.

0