[b]“Bakıda onların bizə yaxınlaşması...” - Svetlana Strelnikova[/b]
26.11.2016 - 14:00
[b]“Bakıda onların bizə yaxınlaşması...” - Svetlana Strelnikova[/b]

“Bizim nəinki Rusiya, Azərbaycanda belə fanatlarımız var. Hətta ölkənizin mediası belə bizi daima diqqətdə saxlayır, lazimı məlumatlar üçün əlaqə saxlayır”. Bunu apasport.az saytının Əbu-Dabiyə ezam olunmuş əməkdaşına “Russian Time” komandasının rəhbəri Svetlana Strelnikova deyib.

 

Şimal qonşularımızın komandası “Formula-1”ə dəstək olan GP2 seriyasında özünü yaxşı tərəfdən göstərməkdə davam edir. Mövsümün Əbu-Dabidə keçirilən son yürüşündə də “Russian Time”nin pilotları sərbəst yarışlarda rəqiblərindən fərqlənib.

 

İyunda Bakıda keçirilən yarışla BƏƏ-dəki mərhələni müqayisə edən Strelnikova bildirib ki, trassın fərqi olmasa da, Azərbaycanda özlərini daha rahat hesab ediblər: “Əsas komandamın pilotlarinin bizə qələbə sevinci yaşatmasıdı. Bakıda yarışa psixoloji hazırlıq daha rahatdı. Amma başqa yerlərdə bu belə deyil. Bundan əlavə, Bakıda Avropa Qran-Prisi zamanı da azərbaycanlı azarkeşlərin bizə yaxınlaşmaları, komanada üzvlərimizdən avtoqraf almaları hər birimizə xoş sürpriz oldu”.

 

Strelnikova Rusiyada bu idman növünün hələ də popolyarlıq tapmamasına görə, təəssüfünü də gizlətməyib: “Ölkəmizdə futbol daha çox sevilir. Əlimizdən gələni edirik ki, “Formula-1” də sevilsin”.

0