[b]Ölkə çempionatında IV turun təqvimi açıqlandı[/b]
28.11.2016 - 17:05
[b]Ölkə çempionatında IV turun təqvimi açıqlandı[/b]

Kişi basketbolçular arasında Azərbaycan çempionatının IV turunun təqvimi açqılanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 3-də baş tutacaq turda 3 qarşılaşma keçiriləcək.

 

Saat 12:00-da "Marşallar" - "80-lər" oyunu start götürəcək. Günün ikinci oyununda "Araz"la "Dərviş" qarşılaşacaq. Bu matç saat 13:30-da başlayacaq. Tura saat 15:00-da start götürəcək "NTD" BK - "NTD U16" görüşü ilə yekun vurulacaq.

 

Qeyd edək ki, ötən həftə keçirilən III turun matçlarında “80-lər "NTD"yə 49:84,

"Marşallar" "Dərviş"ə 51:104, "Araz" AzDNSU-ya 67:71 hesabı ilə uduzub.

 

Komandalar

O

Q

M

TF

X

"Dərviş"

3

3

-

274-193

6

AzDNSU

3

2

1

211-212

5

"NTD" BK

2

2

-

184-117

4

"80-lər"

3

1

2

212-206

4

"Marşallar"

2

1

1

117-151

3

"Araz"

3

-

3

178-257

3

"NTD U16"

2

-

2

101-141

2

 

0