[b]"Azəryol"dan asan qələbə, "Telekom" tay-brekdə sevindi - YENİLƏNİB[/b]
06.12.2016 - 19:28
[b]"Azəryol"dan asan qələbə, "Telekom" tay-brekdə sevindi - YENİLƏNİB[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranan fasilə başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün V tur çərçivəsində 2 qarşılaşma təşkil olunub.

 

Matçlar fərqli məkanlarda olduğu üçün eyni saatda başlayıb. Günün mərkəzi oyunu “Telekom”la “Azərreyl” arasında olub. Olduqca gərgin mübarizə şəraitində keçən oyunda qalib keçən matçda olduğu kimi bu dəfə də tay-brekdə müəyyənləşib. Famil Ağayevin yetirmələri bu dəfə revanş ala bilməyiblər. Zoran Qayiçin komandası isə növbəti dəfə “Azərreyl”i məğlub edərək çempionluğa daha bir addım da yaxınlaşıb.

 

Günün digər matçında isə “Azəryol” aşkar favorit olduğu görüşdə “Lokomotiv”ə şans verməyib - 3:0.

 

6 dekabr

V tur

 

“Azəryol” - “Lokomotiv” - 3:0 (25:8; 25:9, 25:11)

Voleybol Mərkəzi

İlk oyun: “Lokomotiv” – “Azəryol” - 0:3 (16:25, 11:25, 15:25)

 

 

“Telekom” - “Azərreyl” - 3:2 (25:19, 15:25, 23:25, 25:23, 16:14)

“Gənclik” Olimpiya Kompleksi

İlk oyun: “Azərreyl” – “Telekom” - 2:3 (26:24, 26:24, 20:25, 14:25, 13:15)

 

Telekom

6

6

0

18-7

579-466

15

Azərreyl

6

4

2

16-8

543-422

13

Azəryol

6

3

3

14-9

500-432

10

Lokomotiv

6

1

5

3-15

269-435

3

Gürcüstan

4

0

4

0-12

164-300

0

 

 

0