[b]Azad Rəhimov: Bu qərar dondurulub[/b]
08.12.2016 - 14:37
[b]Azad Rəhimov: Bu qərar dondurulub[/b]

“Bu gün millimizi hansısa sanksiya gözləmir. WADA idmançılarda dopinq aşkar etsə belə, yekun qərarı beynəlxalq federasiya verir”. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Bir neçə idmançısı dopinqdə “ilişən” ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının perspektivinə toxunan Rəhimov bildirib ki, idman nazirlərinin Budapeştdə görüşü zamanı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Tomaş Ayanla 2 dəfə görüşərək, bu məsələni müzakirə edib: “Cəza ilə bağlı məsələ iyunun 23-də qaldırılmışdı. Həmin vaxt Azərbaycan Ağırlıqqaldırma Federasiyasının 1 il cəzalanması gözlənilirdi. Amma bu qərar bu gün dondurulub. Bu müddət isə artırıla bilər. Razılıq əldə etmişik ki, əgər bundan sonra bir idmançımız dopinqə düşərsə, dondurulmuş cəza bərpa ediləcək. Bu səbəbdən də federasiya 1 illik deyil, 2 illik cəzalanacaq. Bu səbəbdən də biz beynəlxalq federasiyadan rəsmi məktub gözləyirik ki, bu növü İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edək”.

 

Rəhimov Azərbaycanın Antidoponq Konvensiyasına qoşulan ilk ölkələrdən olduğunu bir daha xatırladıb. O vurğulayıb ki, ilin sonunadək Milli Antidopinq Agentliyi yaradılacaq. 

0