“Bu, komandamızın “Qarabağ” üzərində qələbəsində mühüm rol oynadı” - FOTO
09.12.2016 - 17:10
“Bu, komandamızın “Qarabağ” üzərində qələbəsində mühüm rol oynadı”  - FOTO

“Oyun zamanı stadionda deyildim. Matçı televiziyadan izlədim”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin sabiq futbolçusu Enriko Kyeza deyib.

 

Avropa Liqasının qrup mərhələsinin son turunda baş tutan “Qarabağ” – “Fiorentina” matçı ilə bağlı fikirlərini açıqlayan Kyeza İtaliya klubunun heyətində oynayan 19 yaşlı oğlu Federikonun Bakıda qol hesabını açmasına sevindiyini deyib: “Oğlumun qələbədə qolla pay sahibi olduğu üçün özümü xoşbəxt hiss etdim. Hər şey çox yaxşı idi. Bu, komandamızın “Qarabağ” üzərində qələbəsində mühüm rol oynadı və növbəti mərhələyə qrup birincisi kimi daşıdı. Mən onun üçün çox şadam. Amma daha çox “Fiorentina”nın uğuruna sevinirəm. Bu, komanda üçün xüsusi bir gecə idi”.

 

Qeyd edək ki, “Fiorentina” “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Federiko Kyezo isə 76-cı dəqiqədə qələbə topunu vurub. 

0