[b]“Qalatasaray”da gözlənilməz istefa[/b]
09.12.2016 - 19:54
[b]“Qalatasaray”da gözlənilməz istefa[/b]

İstanbulun “Qalatasaray” klubu məşqçisi ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Bildirilib ki, baş məşqçi Yan Olde Rikernikin köməkçisi Orhan Atikin klubla olan əlaqəsinə son qoyulub.

 

Hələlik istefanın səbəbi açıqlanmayıb.

 

Qeyd edək ki, Atik Mustafa Dənizlinin istefasından sonra bir müddət komandada baş məşqçini əvəz eləmişdi.

0