[b]Keçmiş “Qəbələ”li dubl etdi, Azərbaycan klubu qələbə qazandı[/b]
10.12.2016 - 00:00
[b]Keçmiş “Qəbələ”li dubl etdi, Azərbaycan klubu qələbə qazandı[/b]

İran çempionatında XIII tura start verilib. Apasport.az saytının məlumatına görə, Təbrizin “Traktorsazi” klubu səfərdə “İstiqlal”la (Tehran) qarşılaşıb.

 

“Al qurdlar” oyunun gedişində hesabda geri düşsə də, özündə güc taparaq əzmkar qələbə qazana biliblər.

 

“Qəbələ”nin sabiq hücumçusu Fərzad Hatəminin dublu soydaşlarımıza 3 xal qazandırıb.

 

Hazırda hesabında 27 xal olan “Traktorsazi” 1-ci pillədə qərarlaşıb. Təbriz təmsilçisindən bir oyun az keçirmiş “Persepolis” isə 2-ci pillədə yer alıb.

 

İran çempionatı

XIII tur

9 dekabr

 

“İstiqlal” – “Traktorsazi” – 1:2

Qollar: Kaveh Rezaei, 7 - Fərzad Hatəmi, 56; 69.

0