[b]Azərbaycanlı hakim Çempionlar Liqasının qrup mərhələsinə təyinat aldı[/b]
13.12.2016 - 14:23
[b]Azərbaycanlı hakim Çempionlar Liqasının qrup mərhələsinə təyinat aldı[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının I turunda iş başında olacaq.

 

Zülfüqarov Moskvada qadın voleybolçular arasında baş tutacaq “Dinamo” (Rusiya) – “Alba” (Rumıniya) matçında ikinci hakim olacaq. O, dekabrın 14-nə təsadüf edəcək görüşdə xorvatiyalı Bruno Muha köməklik edəcək.

0