[b]Rəqibimiz Superkubok qazandı[/b]
13.12.2016 - 17:10
[b]Rəqibimiz Superkubok qazandı[/b]

Qadın voleybolçular arasında İtaliya Superkubokunun yeni sahibinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, oyunun qalibi adını A seriyasının qalibi “Konegliano” qazanıb.

 

Çempionlar Liqasında “Telekom”un rəqibi “Foppapedretti”ni məğlub etməklə, titula yiyələnib. Onlar ölkə kubokunun sahibinə 3:1 (22:25; 25:18; 25:22; 25:22) hesabı ilə qalib gəliblər.

 

Qeyd edək ki, “Konegliano” Bakı klubu ilə ilk matçına sabah çıxacaq. Qarşılaşma Trevizoda olacaq. 

0