[b]Yığmamızın enişli-yoxuşlu Meymun ili - QRAFİK[/b]
23.12.2016 - 11:23
[b]Yığmamızın enişli-yoxuşlu Meymun ili - QRAFİK[/b]

Azərbaycan millisi başa çatmaqda olan 2016-cı ildə 51 pillə arasında var-gəl edib. Apasport.az saytının məlumatına görə, FİFA reytinqində 2015-ci ili 117-ci kimi başa vuran komandamız Meymun ilinin ilk ayında 116-cı pillədə qərarlaşıb.

 

Mövqeyi qeyri-sabit olan Robert Prosineçkinin yetirmələri 12 ay ərzində bir neçə dəfə irəliləməyə də, geriləməyə də vaxt tapıb. Komandamız ən pis halda, 138-ci yerədək yuvarlanıb. Bu, iyunda qeydə alınıb.

 

2016-cı ilin ən yaxşı nəticəsi isə oktyabrda yaşanıb. 4 ayda 50 pilləlik sıçrayış edən yığma həmin vaxt 88-ci yerdə olub.

 

12 ayın yalnız üçündə “100-lük”də qərarlaşan millimiz 9-cu “onluq”da yer alıb. Digər 9 ayda cədvəlin ikinci yarısında məskunlaşan yığma bunların üçündə 12-ci, altısında 14-cü “onluq”da olub.

 

Yığmamız 2016-cı ildə FİFA reytinqində

Yanvar

2016

116

Fevral

2016

116

Mart

2016

112

Aprel

2016

134

May

2016

133

İyun

2016

138

Iyul

2016

137

Avqust

2016

136

Sentyabr

2016

133

Oktyabr

2016

88

Noyabr

2016

90

Dekabr

2016

90

 

 

0