[b]Azərbaycanlı futbolçu simvolik heyətdə[/b]
24.12.2016 - 13:27
[b]Azərbaycanlı futbolçu simvolik heyətdə[/b]

Portuqaliya çempionatının XV turunun simvolik heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, yerli mətbuatın hazırladığı rəmzi komandaya azərbaycanlı futbolçu da düşüb.

 

Söhbət millimizin və “Boavişta”nın formasını geyinən Emin Mahmudovdan gedir. Yarımmüdafiəçi hesabat turunda “Nasional” üzərindəki 2:0 hesablı qələbədə rol oynayıb. Belə ki, Mahmudov oyunda hesabı açan futbolçu olub.

 

Qeyd edək ki, “Boavişta”nın digər azərbaycanlı futbolçusu Kamran Ağayev də “Nasional”la qarşılaşmada iştirak etməsinə baxmayaraq, simvolik heyətdən kənarda qalıb. 

0