İngiltərənin “Çelsi” klubu yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, London təmsilçisi tarixində ilk dəfə Premyer Liqada ardıcıl 12 qələbə qazanıb.
“Bornmut”u 3:0 hesabı ilə məğlub edən Antonio Kontenin yetirmələri 2009-cu ildəki 11 oyunluq qələbə seriyasını arxada qoyub. “Çelsi” öz rekordunu yeniləsə də, Premyer Liqa tarixinin ən yüksək göstəricisi toxunulmaz qalıb. “Arsenal”ın 2002-ci ildəki 14 qələbədən ibarət seriyasının təkrarlanması üçün “zadəganlar” daha iki dəfə qalib gəlməlidi.
Lakin İngiltərə təmsilçilərinin bu nəticələri Avropada öndə gedənlər sırasında deyil. “Köhnə qitə”nin mütləq rekordu isə “Benfika” ya məxsusdu. Lissabonlular Portuqaliya çempionatında 29 qələbəni sıralayıb.
Ümumiyyətlə, qitənin 8 klubu 20 və daha uzun qələbə seriyaya malikdi. Burada Azərbaycan klubu “Kəpəz” də yer alıb. 1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan seriya müddətində 20 görüşdə qələbələri sıralayıb. “Çelsi”nin gəncəlilərə çatmasına hələ çox – 8 oyun var.