[b]"Federasiyaların çoxu təklifimizi müsbət qarşıladı"[/b]
28.12.2016 - 15:56
[b]"Federasiyaların çoxu təklifimizi müsbət qarşıladı"[/b]

Dünya çempionatında iştirakçı komandaların sayının artırılması ilə bağlı təklif əksər ölkələrin futbol federasiyaları tərəfindən müsbət qarşılanıb. Apasport.az saytı “Reuters”ə istinadən xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino məlumat verib.

 

O bildirib ki, federasiyaların çoxu mundial iştirakçılarının sayının artırılmasına razıdılar: “Təklimizi müsbət qarşılaşayanların sayı yetərincədi. Bu da onu göstərir ki, əksər ölkələrin federasiyaları dünya çempionatında daha çox yığma komandanın iştirak etməsinin tərəfdarıdı”.

 

Qeyd edək ki, FİFA DÇ-2026-dan etibarən mundial iştirakçılarının sayının artırılmasını planlaşdırır. 

0