[b]Rəqiblərimizdən almanlar qələbə qazandı[/b]
30.12.2016 - 14:20
[b]Rəqiblərimizdən almanlar qələbə qazandı[/b]

Lüksemburqda kişi voleybolçular arasında keçirilən “Nevotel Cup 2017” turniri start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin də qatıldığı yarışın açılış matçında Almaniya İslandiyanı sınağa çəkib.

 

Görüş Bundestimin 3:1 (25:11, 25:22, 19:25, 25:8) hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, almanlar yarışa əsas deyil, 21 yaşadək voleybolçulardan ibarət komanda ilə qatılıb.

0