[b]Robert Prosineçki yanıldı, Rəşad Sadıqovdan düzgün seçim [/b]
10.01.2017 - 02:13
[b]Robert Prosineçki yanıldı, Rəşad Sadıqovdan düzgün seçim [/b]

FİFA-2016-cı ilin ən yaxşı oyunçusunu açıqladı. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu ötən ilin ən yaxşısına təqdim olunan “The Best” mükafatını Kristiano Ronaldoya verdi.

 

Məlumdur ki, seçimlər FİFA-ya üzv olan milli komandaların baş məşqçiləri və kapitanlarının səsverməsi əsasında keçirilir.

 

Azərbaycanlı futbol azarkeşlərinə milli komandamızın baş məşqçisi Robert Prosineçkinin və kapitan Rəşad Sadıqovun hansı oyunçuya səs verdiklərinin maraqlı olacağını nəzərə alaraq təmsilçilərimizin seçimlərini təqdim edirik.

 

Qeyd edək ki, Prosineçkinin seçimi FİFA-nın sıralamasına əsasən, tamam yanlış olduğu halda, Sadıqov dəqiq olub.

 

FİFA-nın yekun sıralaması: 1. Kristiano Ronaldo, 2. Lionel Messi, 3. Antuan Qrizman

 

Robert Prosineçkinin seçimi: 1. Lionel Messi, 2. Kristiano Ronaldo, 3. Antuan Qrizman

 

Rəşad Sadıqovun seçimi: 1. Kristiano Ronaldo, 2. Lionel Messi, 3. Antuan Qrizman

0