[b]“Telekom” – “Ximik”: Kim necə oynadı?[/b]
10.01.2017 - 18:34
[b]“Telekom” – “Ximik”: Kim necə oynadı?[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Telekom” (Azərbaycan) – “Ximik” (Polşa) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, qonaqların 3:0 hesabı ilə qələbə qazandığı görüşün ən dəyərli oyunçusu Marşina Smarjek seçilib.

 

Polşa millisinin də şərəfini qoruyan 21 yaşlı hücumçu komandasına 16 xal qazandırıb. Smarjek həmçinin ən yaxşı hücumçu (9) və topu oyuna (2) daxil edən adına da yiyələnib.

 

Ən yaxşı blokçu nominasiyasında Olena Həsənova hamını qabaqlayıb. O, 3 dəfə rəqibin hücumunun qarşısını alıb. Həsənovanın komanda yoldaşı Mariya Filipova isə top qəbulunda fərqlənib.

 

Zoran Qayiçin yetirmələrinin topladığı xala gəlincə, Həsənova 11, Yovana Vesoviç 9, Yelizaveta Səmədova 8, Marqarita Əzizova 5, Kseniya İvanoviç 3, Sladyana Mirkoviçlə Aleksandra Petroviç hərəyə 2, Qabriela Koyeva 1 dəfə dəqiq oynayıb.

0