[b]“Futbol təkcə Avropada oynanılmır” – İnfantinodan tənqidlərə cavab[/b]
11.01.2017 - 12:48
[b]“Futbol təkcə Avropada oynanılmır” – İnfantinodan tənqidlərə cavab[/b]

“Dünya çempionatında iştirakçı komandaların sayı ilə bağlı qərar yalnız idman prinsiplərinə görə verilib”. Apasport.az saytının məlumatına görə, bunu FİFA-nın prezidenti Canni İnfantino deyib.

 

Ali futbol qurumunun dünən verdiyi qərara əsasən, 2026-cı ildən etibarən dünya çempionatında komandaların sayı 48 olacaq. Bununla bağlı danışan İnfantino təşəbbüskarı olduğu yeni formatın xeyir verəcəyini düşünür: “Yeni formatla birlikdə turnir daha rəngarəng və maraqlı olacaq. 2014-cü ildəki dünya çempionatında Kosta-Rikanın çıxışı yəqin ki, hələ də yaddaşlardadı. Onlar həm İngiltərə, həm də İtaliyanı turnirdən kənarlaşdırmışdılar. Yeni sistemdə bu cür sürpriz uğurlara şahidlik etmək şansımız artacaq. Turnirə marağı artıran ən önəmli məqamlardan biri də budu”.

 

FİFA-nın komandaların sayını 32-dən 48-ə yüksəltməsi İspaniya, Almaniya kimi böyük futbol ölkələrində narazılıqla qarşılanıb. Çoxları bu addımın maddi qazanc üçün atıldığını iddia edir. Lakin FİFA rəhbəri tənqidçilərlə razılaşmır: “Tənqidlər əsasən Avropa ölkələrindən gəlir. Amma futbol təkcə bu qitədə oynanılmır. Getdikcə qloballaşan futbolun yeni şərtlərinə Avropa komandaları da uyğunlaşmalıdılar. Onların narazılığı oyun sayına görədi. Amma oyun sayında heç bir dəyişiklik olmayacaq. Turnir əvvəlki illərdə olduğu kimi, yenə 32 gün davam edəcək”.

0