[b]Yalnız qələbə![/b]
11.01.2017 - 17:18
[b]Yalnız  qələbə![/b]

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə C qrupunda II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının Qazaxıstanla heç-heçə (2:2) etdiyi turun digər matçında da qalib müəyyənləşməyib.

 

Belə ki, Slovakiya və Litva milliləri meydanı qolsuz heç-heçə ilə tərk edib. Nəticədə Baltikyanı ölkə təmsilçisi 1-ci pillədə mövqeyini qoruyub. Azərbaycan yığması isə 1 xalla sonuncu pillədə qalıb.

 

Beləliklə, C qrupunda 1/4 finalçılar və 9-16-cı yerlər uğrunda mübarizə aparacaq komandaların adlarına son tur aydınlıq gətirməli olacaq. Təbriz Həsənovun baş məşqçisi olduğu yığmamız yanvarın 13-də Slovakiya ilə qarşılaşmada mütləq qalib gəlməlidi. Əslində bu da kifayət etməyə bilər. Çünki qələbədən başqa Litvanın da uduzmamağı lazımdı. İstənilən başqa nəticə isə millimizi digər matçdan asılı olmayaraq autsayderlər sırasında saxlayacaq. İstənilən başqa nəticə isə millimizi autsayderlər sırasında saxlayacaq. Çünki heç-heçə edəcəyi halda komandamız ən azı 2 komandadan – ilk turda uduzduğu Litva və hesabında iki qolsuz heç-heçə olan Slovakiyadan geridə qalacaq.

 

1

Litva

2

1

1

0

2-1

4

2

Qazaxıstan

2

0

2

0

2-2

2

3

Slovakiya

2

0

2

0

0-0

2

4

Azərbaycan

2

0

1

1

3-4

1

 

 

0