[b]Xaqani Məmmədova FİFA təlimatçısı lazım deyil[/b]
12.01.2017 - 12:20
[b]Xaqani Məmmədova FİFA təlimatçısı lazım deyil[/b]

Azərbaycanlı hakimlərin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına start verilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, dünən günorta saatlarında Antalyaya çatan hakimlər elə həmin gün iki məşğələdə iştirak ediblər.

 

İlk məşq yaşıl meydançada, axşam məşğələsi isə akt zalında gerçəkləşib. Yanvarın 25-dək Antalyada olacaq hakimlərin hər gün ümumilikdə 4 məşğələdə bir araya gələcəyi planlaşdırılır. Eyni zamanda, Topaz Premyer Liqasının, Azərbaycan Kubokunun, I Divizionun keçirilən oyunlarında qeydə alınan hakim qərarları müzakirə olunacaq.

 

Toplanışın əsas məqsədlərindən biri isə müxtəlif ölkələrdən Antalyaya gələn komandaların iştirakı ilə keçirilən oyunların idarə olunmasıdı. İlkin plan kimi minimum 50 oyunda ədaləti qorumaq planlaşdırılıb.


Maraqlıdı ki, cari toplanışa FİFA təlimatçısı dəvət olunmayacaq. Bu, ya Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun özünü FİFA nümayəndələrindən üstün tutmasından, ya da maliyyə problemindən qaynaqlanır.

 

Toplanışa müəllim heyətində yer alan Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Əli Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyev nəzarət edirlər.

0