[b]Yığmamız Qranatkinin xatirə turnirində qrupda qaldı[/b]
13.01.2017 - 15:11
[b]Yığmamız Qranatkinin xatirə turnirində qrupda qaldı[/b]

Təbriz Həsənovun baş məşqçisi olduğu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti uğursuzluğunu yaşayıb. Apasport.az saytının məlumatına görə, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə çıxış edən millimiz qrupda qalıb.

 

Bu, C qrupunda çıxış edən komandamızın III turdakı matçına çıxmamış rəsmiləşib. Milliləşən legionerlərlə dolu olan yığmamız Slovakiya ilə bu gün saat 15:15-də başlayan matçda qələbə qazansa belə 1/4 finala yüksəlməyəcək.

 

Buna günün ilk oyununun nəticəsi səbəb olub. Litvanı 2:0 hesabı ilə məğlub edən Qazaxıstan millisi 5 xalla 1-ci pilləyə yüksəlib. 4 xala malik Litva isə 2-ci sıraya düşüb.

 

Litvaya 1:2 hesabı ilə uduzub, Qazaxıstanla heç-heçə edən (2:2) Həsənovun yetirmələri Slovakiyanı istənilən nəticə ilə məğlub etsə də, ilk iki yerə həsrət qalacaq. Çünki ən yaxşı halda 4 xalı olacaq komandamız Litvadan geridə olacaq. Bu da şəxsi oyunların nəticəsinə görə belədi. Əsasnamədə xallar bərabər olduqda məhz şəxsi oyunun həlledici xarakter daşıdığı əksini tapıb.

 

Bir sözlə, Slovakiya ilə matç formal xarakter daşıyır. Görüşün əhəmiyyəti yalnız qrupda 3-cü və ya 4-cü olmaqdan ibarətdi. Bu da ancaq 9-16-cı yerlər uğrunda mübarizədə hansı rəqiblə qarşılaşmaq baxımından rol oynayır.

 

1

Qazaxıstan

3

1

2

0

4-2

5

2

Litva

3

1

1

1

2-3

4

3

Slovakiya

2

0

2

0

0-0

2

4

Azərbaycan

2

0

1

1

3-4

1

 

 

0