[b]Ardıcıl 3-cü dəfə - Antonio Konte[/b]
13.01.2017 - 18:52
[b]Ardıcıl 3-cü dəfə - Antonio Konte[/b]

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu nominasiyada qalib ardıcıl 3-cü dəfə “Çelsi”nin çalışdırıcısı Antonio Konte olub.

 

Dekabr ayının da ən yaxşı seçilən italiyalı mütəxəssis “üçlük”də Maurisio Pokkettino (“Tottenhem”) və Yurgen Kloppu (“Liverpul”) qabaqlayıb.

 

Qeyd edək ki, hazırda turnir cədvəlində lider olan London klubu ötən ay keçirdiyi 6 oyunun hamısında qalib gəlib və 13 qol vurub.

0