[b]Dəniz Yılmaz “Bursaspor”un faydasız futbolçuları sırasında[/b]
16.01.2017 - 11:24
[b]Dəniz Yılmaz “Bursaspor”un faydasız futbolçuları sırasında[/b]

Azərbaycan yığmasına cəlb olunan milliləşdirilmiş futbolçu Dəniz Yılmaz Türkiyədə növbəti dəfə tənqid olunub. Apasport.az saytı xəbər verir ki, “Bursaspor”un formasını geyinən 28 yaşlı hücumçu yerli mətbuatın hədəfinə tuş gəlib.

 

Komandanın xüsusilə müdafiə xəttində boşluqların olduğu qabardılıb. Müdafiənin həm mərkəzi, həm də cinahlarında yer alan futbolçuların ümidləri doğrultmadığı yazılıb. Özünü tam olaraq göstərə bilməyən oyunçuların siyahısında Dəniz Yılmaz da göstərilib. Baş məşqçi Hamza Hamzaoğlunun onu gah yarımmüdafiənin cinahı, gah da hücumun sivri ucunda oynatması Yılmazın potensialını aça bilməməsinə səbəb kimi göstərilib.

 

Həmkarlarımız Yılmazı son həftələrdə “Bursaspor”un ən faydasız futbolçularından biri adlandırıblar.

 

Qeyd edək ki, Superliqanın XVII turunda, Dəniz Yılmazın 90 dəqiqə meydanda olduğu oyunda “Bursaspor” evində “Trabzonspor”a 1:2 hesabı ilə uduzub.

 

 

0