[b]“Klub məni satmasa, diz bağlarımı zədələyəcəyəm” - şantaj[/b]
17.01.2017 - 11:22
[b]“Klub məni satmasa, diz bağlarımı zədələyəcəyəm” - şantaj[/b]

İddialı klublardan təklif alan, lakin “Vest Hem”in buraxmadığı Dmitri Paye maraqlı addımı ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, fransalı yarımmüdafiəçi rəhbərliyin onu buraxması üçün şantaja əl atıb.

 

Bir daha “Vest Hem”in formasını geyinməyəcəyini deyən Paye komandada qalacağı təqdirdə, özünü zədələyəcəyini bildirib: “And içirəm ki, bir daha “Vest Hem”in formasını geyinməyəcəyəm. Klub məni satmasa, diz bağlarımı zədələyəcəyəm. Mən də insanam və gələcəyimlə bağlı seçim etmək haqqım var”.

 

Qeyd edək ki, 29 yaşlı futbolçunun “Vest Hem”lə 2021-ci ilin yayına kimi nəzərdə tutulmuş müqaviləsi var. 

0