[b]Maradona “Napoli”nin səfiri təyin ediləcək [/b]
17.01.2017 - 12:32
[b]Maradona “Napoli”nin səfiri təyin ediləcək [/b]

Əfsanəvi futbolçu Dieqo Maradona “Napoli”yə qayıdacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında İtaliya klubunun prezidenti Aurelio de Laurentis deyib.

 

Maradonanın “Napoli”nin baş məşqçisi postuna gətiriləcəyi haqda xəbərlər yayılsa da, klub rəhbəri bunu təkzib edib. O bildirib ki, əfsanəvi futbolçu klubun səfiri vəzifəsini icra edəcək: “Onunla şənbə günü Romada görüşdük və danışdıq. Dieqo vergi məsələsi ilə bağlı problemini həll edən kimi “Napoli”nin bütün dünyadakı səfiri olacaq. Bundan əlavə, ona Neapolun fəxri vətəndaşlığı da veriləcək”.

 

Qeyd edək ki, Maradona 1984-1991-ci illərdə “Napoli”nin formasını geyinib.

0