[b]AFFA-da “UEFA GROW” seminarı[/b] - FOTO
18.01.2017 - 12:22
[b]AFFA-da “UEFA GROW” seminarı[/b] - FOTO

Dünən AFFA-nın inzibati binasında “UEFA GROW” əməkdaşlıq proqramı çərçivəsində Kütləvi Futbol mövzusunda növbəti seminar başlayıb. Apasport.az saytı xəbər verir ki, seminarda UEFA-nın Baş marketinq meneceri Noel Muni və Kütləvi futbol üzrə mütəxəssislər Polli Fildes və Ceyms Huçen iştirak ediblər.

 

Baş katib Elxan Məmmədovun da qatıldığı seminarda həmçinin AFFA-nın Texniki, Uşaq və Gənclər liqalarının təşkili, Qeydiyyat, Lisenziyalaşdırma, Beynəlxalq Əlaqələr, Könüllülük, Qadın liqalarının təşkili, Marketinq və Sponsorluq Departamentinin mütəxəssisləri və Grassroots koordinatoru da iştirak ediblər.

 

“UEFA GROW” əməkdaşlıq proqramı artıq 26 ölkədə tətbiq edilir və Azərbaycan proqramın pilot şəkildə tətbiq edildiyi ilk 6 ölkədən biridi. Əməkdaşlıq proqramı çərçivəsində Kütləvi futbol, Digital, FRM və Kommersiya sahələrində UEFA-nın müütəxəssisləri və müxtəlif beynəlxalq agentliklər tərəfindən dəstək göstərilir.

 

Seminar bu gün yekunlaşacaq.

 

Mənbə: affa.az

0