[b]“Neftçi” Ramon Kardoso ilə müqavilə bağladı[/b]
18.01.2017 - 13:03
[b]“Neftçi” Ramon Kardoso ilə müqavilə bağladı[/b]

“Neftçi” baxışa dəvət etdiyi Ramon Kardoso ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri Paraqvay mətbuatı yayıb.

 

Bildirilir ki, Kardosonun Rusiya klubu “Tosno” ilə (2:2) yoxlama görüşündəki çıxışı məşqçilər korpusunu razı salıb. Baş məşqçi Elxan Abdullayev bu oyunda komandasının ilk qolunu vuran 31 yaşlı forvardın “Neftçi”də qalmasını qərara alıb.

 

Paraqvaylı həmkarlarımız Kardosonun artıq “ağ-qaralar”la rəsmi müqavilə imzaladığını da açıqlayıblar. Razılaşmaya əsasən, Paraqvay yığmasının sabiq üzvü qarşıdakı 1 ili bakılıların heyətində keçirəcək.

 

Qeyd edək ki, Ramon Kardoso “Neftçi”yə ölkəsinin “Deportivo Kapiata” klubundan gəlib.

0