[b]“Qızıl buts” və Azərbaycan klubları[/b]
18.01.2017 - 13:23
[b]“Qızıl buts” və Azərbaycan klubları[/b]

Avropa ölkələrinin milli çempionatlarının ən yaxşı bombardiri üçün təsis edilən “Qızıl buts” mükafatı uğrunda mübarizənin liderləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ qabonlu Pyer-Emerik Obameyanq başçılıq edir.

 

Almaniya Bundesliqasında 16 qol vuran afrikalı hücumçu 32 xalla hamıdan öndədi. “İnter”in qol silahı Mauro İkardi 2-ci, Norveç “Rusenborq”unda parlayan Kristian Qitkyaer 3-cüdü.

 

Ulduzların eyni göstərici ilə qərarlaşdığı 4-cü yerə 6 şərik var. Lionel Messi, Zlatan İbrahimoviç, Luis Suares, Aleksis Sançes, Dieqo Kosta kimi futbolçularla yanaşı, Andrea Belotti də 2 əmsallıq çempionatda 14 qol vurub. İlk “onluğ”u Edinson Kavani tamamlayır.

 

Topaz Premyer Liqasının bombardirlər yarışının liderlərlə müqayisəsi isə yersizdi. Çünki çempionatımızda nəinki ayrı-ayrı oyunçular, heç klublar da Avropa bombardirlərinə əlcək atmaq gücündə deyil. Çünki Premyer Liqanın lideri “Qarabağ” 1 əmsala malik yarışda 26 qol vurub. Bu, hətta Kavaninin məhsuldarlığından aşağıdı. Premyer Liqanın ən məhsuldar komandası “Qəbələ” isə 30 qolla 30 xala malikdi.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında hərəyə 7 qol vuran “Qəbələ”nin futbolçuları Baqali Dabo və Filip Ozobiç çempionatın bombardirləridi.

 

yer

Futbolçu (klubu)

qol

əmsal

xal

1

Pyer-Emerik Obameyanq (“Borussiya” D, Almaniya)

16

2

32

2

Mauro İkardi (“İnter”, İtaliya)

15

2

30

3

Kristian Qitkyaer (“Rusenborq”, Norveç)

19

1,5

28,5

4-9

Andrea Belotti (“Torino”, İtaliya)

14

2

28

 

Luis Suares (“Barselona”, İspaniya)

14

2

28

 

Lionel Messi (“Barselona”, İtaliya)

14

2

28

 

Dieqo Kosta (“Çelsi”, İngiltərə)

14

2

28

 

Zlatan İbrahimoviç (“Mançester Yunayted”, İngiltərə)

14

2

28

 

Aleksis Sançes (“Arsenal”, İngiltərə)

14

2

28

10

Edinson Kavani (PSJ, Fransa)

18

1,5

27

 

0