[b]Ulduz futbolçu yayda karyerasını bitirəcək[/b]
18.01.2017 - 14:07
[b]Ulduz futbolçu yayda karyerasını bitirəcək[/b]

“Bavariya”nın ispaniyalı futbolçusu Xabi Alonso karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Apasport.az saytı “Bild” qəzetinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi yayda butslarını mismardan asacaq.

 

Alonsonun Münhen klubu ilə müqaviləsinin müddəti məhz mövsümün sonunda başa çatacaq. Təcrübəli yarımmüdafiəçi yeni klub axtarışına çıxmayacaq. Çünki Alonso karyerasını bitirmək qərarını qətiləşdirib.

 

İspaniya yığmasının keçmiş üzvünün məşqçiliyə başlayıb-başlamayacağı hələ müəyyənləşməyib.

 

Qeyd edək ki, əvvəllər “Real Sosyedad”, “Liverpul” və Madrid “Real”ının da formasını geyinmiş Xabi Alonso 2014-cü ildən “Bavariya”nın uğurları üçün çalışır. 

0