[b]Azərbaycan Avropada xalı olmayan 6 yığmadan biridi – reytinq açıqlandı[/b]
20.01.2017 - 12:27
[b]Azərbaycan Avropada xalı olmayan 6 yığmadan biridi – reytinq açıqlandı[/b]

Avropa Həndbol Federasiyası yeni ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin nəticələrinə əsasən açıqlanan siyahı Azərbaycan milliləri üçün uğursuz alınıb.

 

Belə ki, qadınlardan ibarət yığmamız mövqeyini itirib. Xanım həndbolçularımız 2 pillə geriləyərək, 32-ci yerə eniblər. Komandamızın hesabında 16 xalı var.

 

Siyahıya Norveç (292) başçılıq edir. Onu Danimarka (276) və Rusiya (252) izləyir.

 

Kişilərdən ibarət millimiz isə 50 komanda arasında xalı olmayan 6 kollektivdən biridi. Burda qitənin ən güclüsü Almaniyadı (308). İkinci pillədə İspaniya (284), üçüncü yerdə Xorvatiya (272) qərarlaşıb.

0