[b]III dövrə başlayır: Lider büdrəyə bilərmi?[/b]
20.01.2017 - 15:16
[b]III dövrə başlayır: Lider büdrəyə bilərmi?[/b]

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 23 günlük fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, "Azərreyl" - "Lokomotiv" görüşü təxirə salındığından III dövrəsinin startı 1 matçla veriləcək.

 

“Gənclik” Olimpiya Kompleksində baş tutacaq yeganə oyunda “Telekom” “Azəryol”u qəbul edəcək. Qarşılaşmanın kifayət qədər gərgin alınacağı gözləniləndi. Çünki liderliyini qorumaq istəyən Zoran Qayiçin komandasını yalnız 3 xal qane edəcək. Əks halda vitse-çempion yenidən qızıl medal şansını çətinə salmış olacaq. Onlar həmçinin bu matça Çempionlar Liqasında “Modena” ilə görüş öncəsi hazırlıq kimi də baxırlar.

 

Lakin “Azəryol” da ən azı II dövrədəki kimi 1 xala iddia edir. Baş məşqçi Eldar Yusubovun sabiq komandası “Telekom”u yaxşı tanıması da xeyrinə işləyən amildi. Onlar rəqiblərinə güclərini göstərməklə, ilk 2 görüşdəki oyunun heç də təsadüfü olmadığını sübuta yetirmək arzusundadılar. Qələbə isə “Azəryol”la “Azərreyl” arasındakı xal fərqini azaldacaq. Həmçinin onlar bununla “dəmiryolçular”ı potensial lider edəcəklər.

 

Super Liqa

21 yanvar

16:30. “Telekom” – “Azəryol”

“Gənclik” Olimpiya Kompleksi

 

I dövrə: “Telekom” – “Azəryol” - 3:1 (23:25, 25:19, 25:15, 26:24)

II dövrə: “Azəryol” - “Telekom” - 2:3 (24:26, 13:25, 31:29, 25:18, 6:15)

 

 

Telekom

7

7

0

21-8

677-543

18

Azərreyl

7

5

2

19-8

622-491

16

Azəryol

7

3

4

14-12

569-511

10

Lokomotiv

7

1

6

4-18

346-533

3

Gürcüstan

4

0

4

0-12

164-300

0

0