[b]Yığmamız Suda(n) boğuldu[/b]
20.01.2017 - 21:22
[b]Yığmamız Suda(n) boğuldu[/b]

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Sudanın U-20 komandası ilə qarşılaşan yığmamız 1:4 hesablı məğlubiyyətə uğrayıb.

 

Komandamızın qolunu Ramil Həsənov vurub.

 

20 yanvar – Ümumxalq hüzn günü ilə əlaqədar futbolçularımız oyuna qara sarğı ilə çıxıb.

 

Matçı milli komandamızın məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç də izləyib.

 

Qeyd edək ki, millimiz bundan əvvəlki yoxlama görüşlərində Səudiyyə Ərəbistanının U-20 komandasına (0:1) və Almaniyanın "Eqestorf" klubuna uduzub (2:4), Qazaxıstanın “Okjeptes” klubu ilə heç-heçə (2:2) edib.

0