[b]“Bəxtimiz gətirdi” – Təbriz Həsənov[/b]
20.01.2017 - 23:06
[b]“Bəxtimiz gətirdi” – Təbriz Həsənov[/b]

“Bizim üçün həddindən artıq ağır oyun oldu. Futbolçularımızda fiziki yox, daha çox psixoloji yorğunluq hiss olunurdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın (U-19) baş məşqçisi Təbriz Həsənov deyib.

 

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Belarus – Azərbaycan oyunundan sonra fikirlərini açıqlayan çalışdırıcı oyunu şərh edib: “Belarus yığması kifayət qədər güclü komandadır. Xeyli çətinliklə üzləşdik, üstəlik, qol da buraxdıq. Lakin son dəqiqələrdə bəxtimiz gətirdi. Ümumiyyətlə, bütün oyun ərzində hücumda olmaq çox çətindir. Öz növbəmdə, mən də turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

0