[b]Ulduz futbolçu qərarını verdi[/b]
21.01.2017 - 11:34
[b]Ulduz futbolçu qərarını verdi[/b]

“Mançester Siti”nin hücumçusu Serxio Aquero gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola verib.

 

O bildirib ki, Argentina millisinin üzvü “Mançester Siti”ni tərk etməyəcək. Qvardiola yetirməsinin klubla yeni sözləşmə imzaladığını əlavə edib: “Aquero “Mançester Siti” ilə artıq yeni müqavilə imzalayıb. O, 2020-ci ilə qədər bizimlə olacaq. Serxio burda olmaq istədiyi müddətdə heç yerə getməyəcək. Aquero bizim bir nömrəli hücumçumuzdu”.

 

Qeyd edək ki, 2011-ci ildən “Mançester Siti”nin şərəfini qoruyan Serxio Aquero bu müddətdə “şəhərlilər”in heyətində keçirdiyi 230 oyunda 154 qola imza atıb.

0