[b]“Həlledici anlarda səhvə yol verdik” – Eldar Yusubov[/b]
21.01.2017 - 21:21
[b]“Həlledici anlarda səhvə yol verdik” – Eldar Yusubov[/b]

“Oyuna yaxşı başladıq, amma buna baxmayaraq, müvafiq müqavimət göstərə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Azəryol”un baş məşqçisi Eldar Yusubov deyib.

 

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının VIII turunda “Telekom”la qarşılaşan “yolçəkənlər” 1:3 hesablı məğlubiyyətə üzülüblər.

 

Matçdan sonra fikirlərini Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsi ilə bölüşən çalışdırıcı görüşü belə şərh edib: “Oyunu bərabərləşdirmək üçün şanslarımız var idi, amma həlledici anlarda səhvlərə yol verirdik. Fasilədən sonra ilk oyunumuz idi, oyun praktikasının olmaması öz sözünü dedi”.

0