[b]“Bursaspor” Prosineçkiyə daha çox pul təklif edib[/b]
24.01.2017 - 10:48
[b]“Bursaspor” Prosineçkiyə daha çox pul təklif edib[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin xidmətində maraqlı olan “Bursaspor” klubunun ona illik nə qədər məvacib təklif etdiyi açıqlanmayıb. Apasport.az saytı xəbər verir ki, bununla belə, xorvatiyalı çalışdırıcı Bursaya köçsə, ölkəmizdəkindən çox qazanacaq.

 

Belə ki, Türkiyə və Serbiya mətbuatında yer alan xəbərlərə əsasən, Superliqa təmsilçisi Prosineçkiyə millimizdə qazandığı məbləğdən qat-qat artıq pul təklif edib. Hazırda davam edən danışıqların necə nəticələnəcəyi maraqla gözlənilir.

 

Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisində xorvatiyalı köməkçiləri ilə birlikdə ilinə 1,2 milyon avro qazanır.

 

 

0