[b]Futbolçu xanımına “Porsche” aldı - FOTOSESSİYA[/b]
25.01.2017 - 16:28
[b]Futbolçu xanımına “Porsche” aldı - FOTOSESSİYA[/b]

“Fənərbaxça”nın futbolçusu Miroslav Stok nişanlısını gözlənilməz hədiyyə ilə sevindirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, slovakiyalı yarımmüdafiəçi model nişanlısı Pauli Bedzetiovaya avtomobil alıb.

 

O, gələn ay övladını dünyaya gətirəcək sevgilisinin əhval-ruhiyyəsini artırmaq üçün ona 80 min avroluq “Porsche” avtomobili hədiyyə edib. Sevincini sosial şəbəkə vasitəsilə bölüşən çexiyalı Bedzetiova avtomobilin şəklini paylaşıb və 28 yaşlı futbolçuya təşəkkür edib: “Nə gözəl hədiyyədi. Çox sevindim. Təşəkkür edirəm, həyatım”.

 

Qeyd edək ki, Paulinu Bedzetiova model olmaqla yanaşı, rəqs və fitnesslə də yaxından maraqlanır.

0