[b]Messi və Neymarın sevdiyi çaxır[/b]
26.01.2017 - 10:51
[b]Messi və Neymarın sevdiyi çaxır[/b]

“Barselona”nın ulduz futbolçuları Lionel Messi və Neymarın “ortaq sevgisi” üzə çıxıb. Apasport.az saytının məlumatına görə, cənubi amerikalıların hər ikisi “Uniko Veqa Siciliya” çaxırı ilə şəklini paylaşıb.

 

Bir şüşəsi 430 avroya olan bu içkinin Messi ilə birlikdə sosial şəbəkələrdə yayılması təsadüfi deyil. Argentinalı anasının 57 yaşını qeyd etməsinə əliboş getməyib.

 

Lionelin “İnstaqram” səhifəsində anası ilə paylaşdığı şəkildə iki şüşə çaxır da əks olunub. Lakin Messi bununla kifayətlənməyib. O, anasının nəvələri ilə tort stolu arxasındakı şəklini də səhifəsinə yerləşdirib.

 

Neymar isə iki deyil, bir şüşə çaxırla şəkil paylaşıb. Lakin bu çaxır da eyni markadan, 430 avroluq olub. Əvəzində onun yanında iki xanım yer alıb. Bunlardan biri braziliyalının bacısı, digəri isə rəfiqəsidi.

 

0