[b]“Bu səviyyədə onlarla ayaqlaşa bilmərik” – kapitan[/b]
26.01.2017 - 12:25
[b]“Bu səviyyədə onlarla ayaqlaşa bilmərik” – kapitan[/b]

“Fikrimcə, oyun bizim üçün yaxşı keçdi. Baxmayaraq ki, ikinci setdə böyük fərqlə məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Yelizaveta Səmədova deyib.

 

Komandanın kapitanı Çempionlar Liqasında İtaliyanın “Modena” klubuna məğlubiyyətdən danışıb. O bildirib ki, bu oyunlarda kifayət qədər təcrübə toplayırlar: “Modena” çox güclü komadadı. Bizə qarşı da yaxşı oynadılar. Başa düşürük ki, bu səviyyədə onlarla ayaqlaşa bilmərik”.

 

Qeyd edək ki, “Telekom” “Modena”ya 0:3 hesabı ilə uduzub. 

0