[b]“Qarabağ” – “Neftçi” oyununda mübahisəli penalti - VİDEO[/b]
29.01.2017 - 19:10
[b]“Qarabağ” – “Neftçi” oyununda mübahisəli penalti - VİDEO[/b]

Hazırda davam edən “Qarabağ” – “Neftçi” matçında mübahisəli anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, görüşün 70-ci dəqiqəsi davam edərkən görüşün baş hakimi Ramil Diniyev qonaqların qapısına penalti zərbəsi təyin edib.

 

Belə ki, top Məqsəd İsayevin əlinə dəysə də, komanda yoldaşları zərbənin cərimə meydançasından kənarda, hakim isə meydança daxilində dəydiyini bildirib.

 

“Neftçi” futbolçularının etirazı fayda verməyib və Dino Ndlovu hesabı bərabərləşdirib.

0