[b]“Telekom” - Yovana Brakoçeviç – 1:3 STATİSTİKA[/b]
08.02.2017 - 19:12
[b]“Telekom” - Yovana Brakoçeviç – 1:3 STATİSTİKA[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Telekom” (Azərbaycan) - “Modena” (İtaliya) matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 1:3 hesabı ilə uduzduğu görüşün ən dəyərli oyunçusu Yovana Brakoçeviç seçilib.

 

Serbiyalı ulduz 33 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu (29 xal) və topu oyuna daxil etmə (3 xal) nominasiyasında da hamıdan güclü olub.

 

Ən yaxşı top qəbul edən də “Modena”dandı. Siyahıda Çiara Bosetti hamını qabaqlayıb. “Telekom”dan isə Olena Həsənova ən yaxşı blokçu nominasiyasının qalibi adına sahib olub.

 

Zoran Qayiçin yetirmələrinin statistikasına gəlincə, Yelizaveta Səmədova 22, Həsənova 20, Marqarita Əzizova 13, Yovana Vesoviç 8, Anastasiya Baydyukla Sladyana Mirkoviç hərəyə 3 və Yana Əzimova 1 xal toplayıb.

0